Naxçıvan sakinlərindən qanunsuz saxladıqları silahlar götürülüb - Foto

14:20 - 18 Fevral 2023 - HADİSƏ

Naxçıvanda qanunsuz saxlanan silahlar götürülüb.

Bu barədə Ucnoqta.az-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, muxtar respublikanın daxili işlər orqanlarının əməkdaşları əhalidə qanunsuz saxlanılan silahların yığılması ilə bağlı təxirə salınmaz tədbirlər görür.

Belə ki, Culfa Rayon Polis Şöbəsi əməkdaşları Qazançı kənd sakini Emil Abbasovdan 20 kalibrli, Şərur polisi isə Şərur şəhər sakini Anar Məmmədovdan 16 kalibrli, qoşalülə, atəşə yararlı ov tüfəngləri aşkarlayaraq götürüblər.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti