ABŞ-ın “SpaceX” şirkəti Britaniyanın “Inmarsat” telekommunikasiya şirkətinin rabitə peyki ilə birlikdə “Falcon 9” daşıyıcı raketinin aşağı Yer orbitinə buraxılmasını uğurla həyata keçirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, yayım SpaceX-in saytında aparılıb.
Raketin Kanaveral burnunda (Florida) kosmodromdan buraxılışı yerli vaxtla saat 22:59-da baş tutub.
Inmarsat peykinin kütləsi 5,4 ton, günəş panelləri yerləşdirildikdən sonra ölçüsü 47 m-dir.Onun təxminən 36 min km hündürlüyündə geostasionar orbitdə idarə ediləcəyi gözlənilir.