Tonqa Krallığının sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri krallığın paytaxtından 233 km cənub-şərqdə yerləşib. Mənbə 30 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.