Niderland Almaniya və Danimarka ilə birlikdə Ukraynaya 100-dən çox tank göndərəcək

18:41 - 17 Fevral 2023 - DÜNYA

Niderland Almaniya və Danimarka ilə birlikdə Ukraynaya 100-dən çox "Leopard" tankı tədarük edəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazir Mark Rutte prezident Zelenski ilə görüşündən sonra keçirilən brifinqdə bildirib.

O əlavə edib ki, ölkə tam döyüşə hazır olan "Leopard 2" tankları, həmçinin Patriot hava hücumundan müdafiə sistemləri və sursatlar alacaq.
Jurnalistlərin tankların çatdırılma vaxtı ilə bağlı sualını cavablandıran Rutte bunun “mümkün qədər tez” baş verəcəyini vurğulayıb.

Xəbər xətti