Almaniyadan Qırğızıstana gələn şəxsin mədəsində 50 paket kokain aşkarlanıb.
Qırğızıstanda mədəsində onlarla paket kokainlə ölkəyə uçan respublika vətəndaşı saxlanılıb. Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 36 yaşlı kişi Almaniyadan gələrkən oradan tranzitlə Türkiyə ərazisindən keçərək saxlanılıb. Onun mədəsində ümumi çəkisi 300 qram olan 50 kisə kokain tapıblar. İdarədən bildirilib ki, saxlanılan şəxs narkotik partiyasını Qırğızıstan ərazisində satmağı planlaşdırıb.
Bildirilir ki, respublikada ilk dəfə olaraq külli miqdarda kokain götürülür və müsadirə edilmiş partiyanın qara bazarda qiyməti qramı 500-2000 dollar arasındadır.