Zaqatalada itlər zəhərləndirilərək öldürülüb - araşdırma aparılır - VİDEO

15:12 - 17 Fevral 2023 - HADİSƏ

Zaqatala rayonunda itlərin kütləvi zəhərlənməsi ilə bağlı polis şöbəsinə daxil olmuş məlumat, eləcə də sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Ucnoqta.az-a bildirib ki, baytar həkimin iştirakı ilə itlərdən nümunələr götürülərək yoxlanılması üçün laboratoriyaya göndərilib.

Hazırda faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

Xəbər xətti