Aİ münaqişə ərzində Ukraynanın infrastrukturuna dəyən ziyanı 129 milyard avro qiymətləndirib.
Ucnqoata.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Brüsseldə yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd edilir ki, münaqişə dövrü ərzində Ukraynanın infrastrukturuna dəyən ziyanı 129 milyard avro təşkil edib.
“Rusiyanın tammiqyaslı təcavüzü indiyədək Ukraynanın infrastrukturuna 129 milyard avro dəyərində ziyan vurub”, - bəyanatda deyilir.
Bu bəyanatla eyni vaxtda Avropa Komissiyası rəhbərinin müavini Valdis Dobrovskis Twitter-də yazıb ki, AK Ukraynadan polad məhsullarının ixracına qarşı antidempinq araşdırmasını vaxtından əvvəl başa çatdırmaq qərarına gəlib.