Pentaqon Tayvan boğazında gərginliyin yenidən artmasının qarşısını almaq üçün Tayvanla hərblərarası əlaqələri dayandırmalıdır.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.
"Biz israr edirik ki, Amerika tərəfi Tayvanla rəsmi qarşılıqlı əlaqəni, eləcə də istənilən formada hərbi təmasları dayandırsın. Tayvan boğazında gərginliyin növbəti dəfə artmasına, müdaxiləyə səbəb olan amilləri dayandırsın".
Van Venbin qeyd edib ki, Vaşinqton “vahid Çin” prinsipinə və Çin-Amerika razılaşmalarına əməl etməlidir.
Qeyd edək ki, Pentaqonun dövlət katibinin köməkçisinin müavini Maykl Çeysin yaxın günlərdə Tayvana səfəri planlaşdırılır.