Hələ heç bir ölkə Ukraynaya döyüş təyyarələri vəd etməyib
Ucnoqta.az xəbər verir ki, bu barədə müsahibəsində Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba deyib. Onun sözlərinə görə, buna baxmayaraq bəzi hökumətlər, xüsusən də Böyük Britaniya Ukrayna pilotlarının Qərb qırıcıları üzərində təlim keçdiyini bəyan ediblər. O, digər ölkələrin də tezliklə eyni şeyi edəcəyinə əmin olduğunu bildirib:
"İlk növbədə, bizi ABŞ, Böyük Britaniya, Almaniya və Fransadan olan qırıcılar maraqlandırardı. Bu ölkələr ən yüksək istehsal gücünə və ən böyük aviaparka malikdir", - Kuleba qeyd edib.
Onun sözlərinə görə, qırıcılar Ukraynaya təkcə əks-hücumda deyil, həm də hava hücumundan müdafiəni gücləndirməkdə kömək edəcəkdilər.