Rusiya Ordusunun generalı Aleksandr Lapin rəsmən istefaya göndərilib.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Hərbi Dairə komandanı vəzifəsini general-leytenant Andrey Mordviçev tutub.
General Mordviçev 8-ci Orduya komandanlıq edib, Mariupol uğrunda döyüşlərdə ordu hissələrinə rəhbərlik edib.
Qeyd edək ki, bir müddət əvvəl Lapini Ramzan Kadırov və PMC Wagner-in yaradıcısı Priqojin tənqid edirdi.