Yaponiya Rusiya neftindən tamamilə imtina edib

12:14 - 17 Fevral 2023 - DÜNYA

2022-ci ilin ikinci yarısında ölkə Rusiyadan neft idxalını 90% azaldıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ilin ikinci yarısında Yaponiya Rusiya neftindən demək olar ki, tamamilə imtina edib. Bildirilir ki, neftin alışı təxminən 90 faiz,  kömür idxalı 60 faiz azalıb.

Yanvarda Rusiya neftinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 76 faiz, kömür 56,9 faiz, mayeləşdirilmiş təbii qaz (LNG) 9,7 faiz azalıb.

Ümumiyyətlə, son bir ildə Yaponiya alışı azaltmağa nail olub.

Xəbər xətti