Rusiyada helikopter qəza enişi edib, iki nəfər itkin düşüb(YENİLƏNİB)

12:10 - 17 Fevral 2023 - DÜNYA

Saxalində Robinson helikopterinin təcili eniş yerində üç nəfər tapılıb, daha iki nəfər axtarılır.

Saxalin vilayətində Krasnaya dağının şimal-şərqində Robinson helikopterinin təcili eniş yerində üç nəfər tapılıb, daha iki nəfər itkin düşüb, onlar axtarılır. T

Bildirilir ki, helikopterdə beş nəfər olub. Həkimlər iki yaralıya yerindəcə tibbi yardım göstərir, daha biri artıq təxliyə edilib.

11:45

Rusiyanın Saxalin vilayətində Robinson helikopteri radardan itib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Robinson helikopterinin Saxalinə təcili eniş etdiyini təsdiqləyib. Məlumata görə, Saxalin vilayətində radardan itən Robinson helikopteri təcili eniş edib. 

 Xilasedicilər qəza yerinə yola düşüb.

Xəbər xətti