Hind okeanında Rusiya, Çin və Cənubi Afrikanın birgə təlimləri başlayıb

11:25 - 17 Fevral 2023 - DÜNYA

Fevralın 17-də Hind okeanının cənub hissəsində Rusiya, Çin və Cənubi Afrikanın ikinci birgə hərbi dəniz təlimləri başlayır.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər fevralın 27-də başa çatacaq.

İlk belə təlim dörd il əvvəl Cənubi Afrika sularında keçirilib.
Təlimlər zamanı dəniz sistemlərinin qarşılıqlı fəaliyyətinin işlənməsi, dəniz quldurluğu ilə mübarizə və təbii fəlakətlərə cavab tədbirlərinin təkmilləşdirilməsi planlaşdırılır.

Xəbər xətti