Yaponiyada kosmosa raket buraxılışı uğursuzluqla başa çatıb

11:18 - 17 Fevral 2023 - DÜNYA

Yaponiyanın ən yeni ağır raketi H3-ün ilk buraxılışı daşıyıcı yerdən qalxa bilmədiyi üçün uğursuzluqla başa çatıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi məlumat yayıb.

Kosmosa cəhd uçuşu Taneqaşima Kosmik Mərkəzindəki buraxılış meydançasından edilib. Belə ki, daşıyıcının mərkəzi blokunun mühərriki uğurla işə salınıb, lakin yan raket gücləndiriciləri işə düşməyib.

Raketin buraxılması üçün növbəti cəhd yaxın iki həftə ərzində baş tuta bilər.

Xəbər xətti