Moskvada bir nəfər on birinci sinif şagirdini məktəbin yaxınlığında qaçırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Qızı məktəbə dayısı gətirib. Lakin o, məktəbə çatmamış Rövşən adlı şəxs tərəfindən qçırılıb.
Bildirilir ki, Rövşən əvvəllər qızı atasından istəsə də rədd cavabı alıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qızın axtarışına başlayıblar.