Twitter Hindistandakı üç ofisindən ikisini bağlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Məlumata görə, şirkət xərcləri azaltmaq üçün işçilərindən evdən işləməyi xahiş edib.
Korporasiya Hindistanın siyasi mərkəzi Yeni Dehli və maliyyə paytaxtı Mumbaydakı ofislərini bağlayıb. Əsasən mühəndis olan Twitter işçiləri yalnız Banqalorda işləməyə davam edirlər. Agentliyin məlumatına görə, bu qərar Twitter sahibi İlon Maskın çoxsaylı maliyyə çətinlikləri fonunda xərcləri azaltmaq istəyindən xəbər verir, çünki bəzi şirkətlər sosial şəbəkə ilə reklam müqavilələrini dayandırıb.
Qeyd edək ki, şirkət Hindistandakı nümayəndəliklərinin işçilərinin 90%-dən çoxunu ixtisar etmişdi.