İtaliyanın baş naziri gələn həftə Kiyevə səfər edəcək

10:25 - 17 Fevral 2023 - DÜNYA

İtaliyanın baş naziri Corc Meloni gələn həftə Kiyevə gedə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə La Repubblica qəzeti yazıb. Məlumata görə, o, bazar günü axşam saatlarında gedə bilər, səfərin çərşənbə axşamından əvvəl baş tutacağı güman edilir.

Qeyd edək ki, bundan əvvəl Meloni özü Ukrayna paytaxtına səfər etmək və fevralın 24-dək Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək niyyətində olduğunu bildirmişdi.

Bildirilir ki, qripə görə İtaliya hökumətinin başçısı həftənin sonuna qədər bütün görüş və səfərlərini ləğv edib. 

Xəbər xətti