Bakıda avtomobil motosikletçinin üzərindən keçib

09:54 - 17 Fevral 2023 - HADİSƏ

Bakının Xətai rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Babək prospektində 1995-ci il təvəllüdlü Cəfərov İlkin Saleh oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Daha sonra avtomobil motosikletçinin üzərindən keçib. Ağır xəsarətlər alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti