ABŞ-ın yüksək rütbəli hərbi rəsmisininn 2019-cu ildən bəri Tayvana ilk səfəri olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times qəzeti yazıb. Məlumata görə, Pentaqonun dövlət katibinin köməkçisinin müavini Maykl Çeyz yaxın günlərdə Tayvana səfər edəcək.
Hazırda Pentaqonda Çinlə bağlı məsələlərə cavabdeh olan Çeyz hazırda Monqolustandadır.
2019-cu ildə ABŞ müdafiə nazirinin Şərqi Asiya üzrə köməkçisinin o zamankı müavini Heino Klink adaya səfər edib.
Pentaqon səfərlə bağlı şərh verməyib.