Cənubi Koreya ilk kəşfiyyat peykini orbitə buraxmağı planlaşdırır

08:40 - 17 Fevral 2023 - DÜNYA

 Koreya Respublikası 2023-cü ilin noyabrında kosmosa ilk hərbi kəşfiyyat peykini buraxmağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Milli Müdafiə Təchizatları Administrasiyasına istinadən məlumat yayıb.

Seul ümumilikdə beş belə qurğu buraxmağı planlaşdırır. Onların Yer orbitinə çıxmasının Cənubi Koreya ordusunun KXDR-dəki həmkarlarını izləmək qabiliyyətini gücləndirəcəyi gözlənilir. Bu layihə təxminən 927 milyon dollara başa gələcək.

Xəbər xətti