"TEKNOFEST İZMİR" Kahramanmaraşda baş verən zəlzələlər səbəbindən təxirə salınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "TEKNOFEST"in tvitter hesabından paylaşım edilib.
"16-19 Mart tarixlərində keçirməyi planlaşdırdığımız TEKNOFEST İZMİR, ölkə olaraq yaşadığımız zəlzələ fəlakətinin ortaq ağrıları səbəbiylə başqa bir tarixə dəyişdirildi. Xalqımıza bir daha başsağlığı veririk ” - paylaşımda bildirilib.