Rusiyanın hücumu artıq başlayıb
Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində deyib.
"Rusiyanın hücumları artıq bir neçə istiqamətdə aparılır", - deyən Zelenski qeyd edib.
Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri işğalçıların özləri əks-hücuma başlayana qədər onların qarşısını ala biləcəklər.
Prezident bunun üçün Ukraynanın Qərbdən daha çox silaha ehtiyacı olduğunu vurğulayıb.
“Silah Rusiyanın başa düşdüyü yeganə dildir”, o əlavə edib.