"YouTube"un baş direktoru Susan Vodjicki istefa verib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, ailəsinə, sağlamlığına və şəxsi layihələrinə vaxt ayırmaq üçün karyerasını dayandırmağa qərar verdiyini açıqlayıb.
Syuzanı bu vəzifədə Nil Mohan əvəz edəcək.
Susan Vodjicki 25 ildən çox "Google"da çalışıb.