ABŞ Dövlət Departamentinin rəhbərinin müavini Viktoriya Nuland ABŞ və onun G7-dəki tərəfdaşları tərəfindən hazırlanan yeni anti-Rusiya sanksiyalar paketini açıqlayıb.
Ucnoqta/az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Sanksiyalar Ukraynada xüsusi hərbi əməliyyatın başlandığı günə - fevralın 24-nə kimi tətbiq ediləcək. Nulandın aydınlaşdırdığı kimi, yeni məhdudiyyətlər yüksək texnologiyalı avadanlıqların və hərbi sənaye kompleksinin tədarükünə təsir göstərəcək.
“Təxminən fevralın 24-də həm ABŞ, həm də G7 tərəfdaşlarımızdan yeni böyük sanksiyalar paketini görəcəksiniz”, - Nuland bildirib.