Rusiya dörd avstriyalı diplomatı ölkədən çıxarır
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib. Məlumata görə, Rusiya cavab tədbiri məqsədilə dörd Avstriya diplomatını ölkədən çıxarır.
Belə ki, onlar fevralın 23-də günün sonuna qədər Rusiyanı tərk etməlidirlər.
Rusiya Xarici İşlər Nazirliyi Avstriya səfirinin diqqətini Rusiya nümayəndə heyətləri üçün vizaların verilməsində yaranan çətinliklərə cəlb edib. Nazirlik bildirib ki, çoxtərəfli tədbirlərdə iştirak etmək üçün Vyanaya gedən Rusiya nümayəndə heyətləri üçün viza almaqda yaranan çətinliklərlə bağlı vəziyyət cavabsız qalmayacaq.