İsrail aviaşirkətinə məxsus təyyarə 16 ildən sonra ilk dəfə Türkiyəyə uçub

16:50 - 16 Fevral 2023 - DÜNYA

İsrail hava daşıyıcıları Türkiyəyə birbaşa uçuşları bərpa edir, son 16 ildə ilk sərnişin təyyarəsi cümə axşamı İsrail tərəfindən Tel-Əvivdən İstanbula göndərilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb. Ben Qurion hava limanında İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Regev və Türkiyənin səfiri Şakir Özkanın iştirakı ilə təntənəli mərasim keçirilib.

Layner Türkiyə metropoluna 165 sərnişin, həmçinin dərman preparatları da daxil olmaqla son zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə humanitar yardım çatdırıb.

İsrail hava yollarının Türkiyəyə uçuşları 2007-ci ildə iki ölkə arasındakı fikir ayrılıqları səbəbindən dayandırılmışdı. Bu müddət ərzində sərnişin uçuşlarını xarici şirkətlərhəyata keçirib.

Xəbər xətti