Lənkəranda ikimərtəbəli ev yanıb - xəsarət alan var

14:41 - 16 Fevral 2023 - HADİSƏ

Lənkəran şəhərində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m², 1-ci mərtəbəsi qaraj və anbar kimi istifadə olunur) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və qarajında dayanan “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti