Moskvanın Tverskoy Məhkəməsi siyasətçi Vladimir Jirinovskinin qeyri-qanuni oğlu Oleq Eydelşteyni inzibati həbsə göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Lenta.ru-ya məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Təqsirləndirilən şəxs 15 gün kamerada qalacaq.
Eydelşteyn fevralın 14-də axşam Lubyanka küçəsində yerləşən gürcü restoranında nahar edib. O, dava salıb və restoran rəhbərliyi hüquq-mühafizə orqanlarına zəng edib. Polis şöbəsinə aparılan Eydelşteyn təhlükəsizlik qüvvələrini təhqir etməyə başlayıb və onlardan birinə yumruq vurub.
Eydelşteynə qarşı inzibati xəta haqqında protokol tərtib edilib. Məhkəmə onu 15 sutka həbs edib.
Hazırda Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırma aparır.