"NATO Türkiyənin yanındadır. Müttəfiqlər dəstəyi davam etdirəcəklər"
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikirləri xarici işlər naziri Mövlud Çavuşoğlu görüşündə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"İttifaq yaranandan bəri alyansın ərazisindəki ən böyük təbii fəlakətdir. Türkiyə fövqəladə hallar qruplarının buradakı səylərini yüksək qiymətləndiririk. NATO müttəfiqləri dəstək olaraq bayraqlarını endirdilər" - baş katib vurğulayıb.
Nazir Çavuşoğlu Stoltenberqin bu gün prezident Ərdoğanla görüşəcəyini açıqlayıb.