Ermənistanın keçmiş müdafiə naziri axtarışa verilib

12:52 - 16 Fevral 2023 - DÜNYA

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində axtarış elan edilib.

Ucnoqta.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğundan məlumat verilib.

Vigen Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Bundan əvvəl İrəvanın ümumi yurisdiksiya məhkəməsi keçmiş nazirin həbsi ilə bağlı vəsatəti təmin edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 2018-ci ilin yanvarında müdafiə idarəsinin balansında olan binada mənzillərin bölüşdürülməsi prosesində Sərkisyan bilərəkdən onun səlahiyyətlərindən kənara çıxan hərəkətlərə yol verib.

Bundan əvvəl Vigen Sarkisyan prokurorluğun hərəkətlərini siyasi təqib adlandırmışdı.

Xəbər xətti