Ermənistan Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdıraraq onu Bakıya, eləcə də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərə göndərib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə cümə axşamı hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Ermənistan Azərbaycanla sülhün və münasibətlərin qurulmasına dair saziş layihəsi üzərində işi başa çatdırıb və bizim təkliflərimiz Azərbaycan tərəfinə verilib. Biz onları ATƏT-in Minsk Qrupu ölkələrinə də təqdim etmişik" - baş nazir deyib.