Pakistanın baş naziri Türkiyəyə səfər edəcək

10:35 - 16 Fevral 2023 - DÜNYA

Pakistanın baş naziri Şahbaz Şərif Türkiyəyə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Şahbaz Şərif Türkiyədə təbii fəlakətdən zərər çəkmiş rayonlara səfər edəcək və ərazidə fəaliyyət göstərən Pakistan axtarış-xilasetmə qrupları, eləcə də zəlzələdən sağ çıxanlarla görüşəcək.

Xəbər xətti