Baykal gölünün sularında 5,9 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
İrkutskda zəlzələnin gücü 3 bal olub.
Hadisə nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.