Murovda yük avtomobili aşıb, xəsarət alan var - Foto

23:40 - 15 Fevral 2023 - HADİSƏ

Kəlbəcər Rayon Polis Şöbəsinə Murov aşırımında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, yük maşını aşıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb.

Sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb, avtomobil yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti