ABŞ dövlət katibi Entoni Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə və Yunanıstanda rəsmi səfərdə olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə günü yaydığı bəyanatda deyilir.
Blinken fevralın 16-da Münhen Təhlükəsizlik Konfransında iştirak etməyi planlaşdırır. Daha sonra fevralın 19-da dövlət katibi Türkiyədəki İncirlik aviabazasına baş çəkəcək, daha sonra Ankaraya yollanacaq.
Fevralın 21-də Blinken ABŞ-Yunanıstan Strateji Dialoqunun dördüncü raunduna başlayacaq.