Filippində 6 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Leqazpi şəhərindən 89 km cənub-şərqdə yerləşib. Mənbə 40 km dərinlikdə yerləşirdi.
Dağıntı və tələfat barədə məlumat yoxdur.