Borrell Rusiyaya qarşı sanksiyaları genişləndirməyi təklif edir

20:48 - 15 Fevral 2023 - DÜNYA

Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell Rusiya Federasiyasından olan 100-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq etməyi təklif edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Borrelin Rusiya Federasiyasına qarşı onuncu sanksiyalar paketinə dair təkliflərin təqdimatı ilə bağlı bəyanatında deyilir.

Aİ-nin ali nümayəndəsi qeyd edib ki, bu təkliflər arasında hərbi fəaliyyət, siyasi qərarlar, təbliğat və dezinformasiyaya cavabdeh olanlar var.

O əlavə edib ki, Rusiyada ukraynalı uşaqların vəhşicəsinə oğurlanması, deportasiyası və zorla övladlığa götürülməsinə görə məsuliyyət daşıyanlara, habelə Ukrayna resurslarının talanmasına töhfə verənlərə qarşı sanksiyaların tətbiqi təklif edilir.

Xəbər xətti