Bayden Polşaya səfəri zamanı Zelenski ilə görüşəcək

20:16 - 15 Fevral 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenin respublikaya gözlənilən səfəri zamanı Polşaya səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşanın "Dziennik Gazeta Prawna" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Zelenski Bayden və Polşa lideri Anjey Dudanın iştirakı ilə sülhə nail olmaq planını təqdim edəcək.

Ağ Evin ötən həftənin sonunda elan etdiyi kimi, Bayden fevralın 20-dən 22-dək Polşaya səfər edəcək və orada polşalı həmkarı Anjey Duda, həmçinin Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya liderləri ilə görüşəcək. 

Xəbər xətti