Stoltenberq Türkiyəyə gəlir

16:59 - 15 Fevral 2023 - DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq sabah Türkiyəyə gələcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, baş katib prezident Ərdoğanla görüşmək və NATO-nun həmrəylik mesajını çatdırmaq üçün Türkiyəyə gələcəyini deyib.

Kahramanmaraşda baş verən zəlzələlərə görə bütün müttəfiqlərin Türkiyəyə dərin hüznlə başsağlığı və dəstəyini ifadə etdiyini vurğulayan Stoltenberq, NATO müttəfiqləri, tərəfdaşları və NATO dəstəyini artırdığını deyib.

Stoltenberq NATO-nun müttəfiqlərin köməyinə əlavə olaraq sığınacaq obyektləri göndərəcəyini xatırladıb və bir neçə gün ərzində Türkiyəyə göndəriləcəklərini bildirib.

Xəbər xətti