Naxçıvanda körpənin ölü doğulması ilə bağlı cinayət işi başlanılıb

15:54 - 15 Fevral 2023 - HADİSƏ

Babək rayon sakini, 2000-ci il təvəllüdlü Zenfira Quliyevanın Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində körpənin ölü doğulması faktı ilə bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Ucnoqta.az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Belə ki, xəstəxananın həkimləri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində davam etdirilir.

Xəbər xətti