ABŞ və Filippin bu il 2015-ci ildən bəri ən böyük birgə hərbi təlim keçirəcək.
Ucnoqta.az "Reuters"ə istinadən xəbər verir ki, Filippin ordusunun generalı Romeo Bronerə istinadən məlumat yayıb.
Təlimlərdə 9 mindən çox hərbçi iştirak edəcək.
Balikatan təlimləri ölkədə 38-ci dəfə keçiriləcək. 2022-ci ildə qısaldılmış formatda keçirilən iki həftəlik manevrlərdə 3800 Filippin və 5100 ABŞ hərbçisi iştirak edib.
Agentliyin məlumatına görə, 2015-ci ildə təlimlərdə hər iki ölkənin 11 mindən çox hərbçisi iştirak edib.