Avropa İttifaqının fevralın 24-dən əvvəl Rusiyaya qarşı tətbiq etmək niyyətində olduğu onuncu sanksiyalar paketi 11 milyard avro həcmində ticarət məhdudiyyətlərini nəzərdə tutur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen çərşənbə günü keçirilən konfransda çıxışı zamanı deyib.
"Biz doqquz sanksiya paketi qəbul etdik. Təzyiqləri davam etdirməliyik və biz 11 milyard avroluq ticarət qadağası ilə 10-cu sanksiya paketini təklif edirik" - Aİ rəhbəri deyib.
Onun sözlərinə görə, yeni sanksiyalar paketinə, xüsusən də Rusiya Federasiyasının hərbi ehtiyaclar üçün istifadə etdiyi elektron komponentlərin ixracına məhdudiyyətlər daxildir.
“Biz, digər məsələlərlə yanaşı, Rusiya sistemlərində istifadə olunan pilotsuz təyyarələr, raketlər, vertolyotlar kimi bir çox elektron komponentlərin ixracına məhdudiyyətlər tətbiq etməyi təklif edirik”, - o, qeyd edib.