Türkiyəli xilasedicilər fevralın 6-da baş verən zəlzələdən sonra 222 saat evinin dağıntıları altında qalan 42 yaşlı türkiyəli qadın Məlike İmamoğlunu dağıntılar altından çıxarıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Cümhuriyyət" qəzeti məlumat yayıb.
Kahramanmaraş vilayətinin Onikişubat rayonunda qadın ilk təkanlardan sonra evdən qaçmağa vaxt tapmayıb. Ardıcıl doqquz gün o, beton qalaqların altında qalıb, enerjiyə qənaət etməyə və xilasediciləri gözləməyə çalışıb. Mütəxəssislər onu 10-cu gündə aşkar edərək, dağıntılar altından çıxara bildilər. Hazırda qadının vəziyyəti stabil olaraq xəstəxanaya çatdırılıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, hazırda Kahramanmaraşda 215 sahədə dağıntılar təmizlənir. Sağ qalanlar ola bilər.