Atambayev Qırğızıstanı tərk edib

12:21 - 15 Fevral 2023 - DÜNYA

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev həbsdən çıxandan sonra ölkəni tərk edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Atambayev Dubaya uçub, bundan sonra müalicə üçün İspaniyaya gedəcək. Məlumata görə, onu oğlu Kadırbek də müşayiət edir.

Məhkəmə onun müalicəyə ehtiyacı olduğu üçün ölkədən getməsinə də icazə verib.

Bundan əvvəl Qırğızıstanın Ali Məhkəməsi onun barəsində olan hökmü ləğv edərək cinayət işini yeni məhkəmə baxışına göndərib.

Xəbər xətti