Astarada 19 yaşlı gəncin asılmış meyiti tapılıb

11:53 - 15 Fevral 2023 - HADİSƏ

Astarada 19 yaşlı gənc intihar edib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində baş verib.

Belə ki, səhər saatlarında 2004-cü il təvəllüdlü qəsəbə sakini Sənan Rövşən oğlu Əfsəlovun meyiti yaşayış olmayan həyətyanı ərazidə asılmış vəziyyətdə aşkar edilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Onun evdən çıxaraq heyvanları örüşə apardığı deyilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti