Türkiyə zəlzələlərdən sonra 300 min yeni yaşayış binası tikməli olacaq

11:44 - 15 Fevral 2023 - DÜNYA

Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində itirilmiş mənzil fondunun yerinə 300 min yeni yaşayış binası tikilməlidir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Məlumata görə, genişmiqyaslı yoxlama nəticəsində 211 mindən çox binaya ciddi və ya kritik ziyan dəyib. Ümumilikdə 370 minə yaxın binaya baxış keçirilib. Təsirə məruz qalan 10 əyalətdə 400 000 binanın yenidən qurulmasına ehtiyac olacaq ki, onlardan 300 000-ə yaxını mənzil fondudur.

Türkiyənin Mənzil İnşaatı İdarəsi artıq bərpa planını həyata keçirməyə başlayıb. İlk mərhələdə 30 min bina ucaldacaq, iyuna qədər isə bu rəqəm 100 minə çatacaq.
Mütəxəssislər aşkar ediblər ki, dağılan binaların 98%-i ölkədə dağıdıcı zəlzələ baş verən 1999-cu ildən əvvəl tikilmiş binalardır. Fəlakətdən sonra yeni tikinti məcəllələri qəbul edilib. Bu dəfə əksər binaların çökməsinin səbəbini mütəxəssislər binaların bünövrəsi altındakı qruntların mayeləşməsi adlandırıblar. Bu, düzgün qurulmuş yeraltı kommunikasiyaların olmaması və layihələndirmə və tikintidə mühəndislik qüsurları səbəbindən baş verib. 

Emin

Xəbər xətti