"Səni axtarıram" proqramının aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı Türkiyədəki zəlzələdə vəfat edən azərbaycanlı tələbələr barədə paylaşım edib.
Ucnoqta.az xəbər verir ki, tanınmış aparıcı bu barədə "İnstaqram" hesabında yazıb:
““Dörd dost, dörd gənc… Necə deyim ki, ölüblər? Dilim gəlmir bu balalara Allah rəhmət etsin deyim, çətindir…. Dörd dostun ölümünə təkcə ailələri, yaxınları deyil, heç tanımayan insanlar belə gözyaşı tökür. Allah rəhmət etsin, ailələrinə səbir diləyirəm”, – deyə, Xoşqədəm qeyd edib.
“Can bala, can Şahin. Mən anana söz vermişdim, qurbanını bərabər kəsəcəkdik, olmadı… Çox üzgünəm” - o, dünyasını dəyişən Şahin Vəliyev barədə əlavə edib.