Yeni Zelandiya sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri Paraparaumu şəhərindən 40 km şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 63 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Emin