Rusiyada 5,2 bal gücündə zəlzələ baş verib

08:55 - 15 Fevral 2023 - DÜNYA

Kamçatkada 5,2 bal gücündə zəlzələ baş verib

Ucnoqta.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, zəlzələnin episentri 15 km dərinlikdə yerləşib. Sakinlər gücü üç bala qədər olan yeraltı təkanlar hiss edib.

Bundan əvvəl rayonda 5,8 bal gücündə zəlzələ qeydə alınıb, yeraltı təkanlar hiss olunmayıb.

Xəbər xətti