Yeni Zelandiya hökuməti İran vətəndaşlarına və bizneslərinə qarşı yeni sanksiyalar elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə xarici işlər naziri Nanaia Mahuta məlumat verib.
Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, yeni sanksiyalar Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə məşğul olan vətəndaşlara və təşkilatlara təsir edəcək.
Yeni sanksiya siyahısına silahların hazırlanması və istehsalı ilə bağlı müəssisələrin rəhbərləri, eləcə də İran Hərbi Hava Qüvvələrinin komandanı Məhəmməd Ələvi daxildir.
Həmçinin, Yeni Zelandiya İranda etirazlarla bağlı insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı əlavə sanksiyalar tətbiq edib.
Emin